Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Neftçalada 17 yaşlı qızı vurub qaçmış sürücü tapıldı

 Mayın 2-də Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonunun Qədimkənd kəndindən keçən hissəsində piyada - Neftçala rayonunun Kürqarabucaq kənd sakini, 2001-ci ildə anadan olmuş Nuray Mirzəağa qızı Məmmədovanı vuraraq hadisə yerindən uzaqlaşmış avtomobil və sürücüsü müəyyən olunaraq məsuliyyətə cəlb olunub

Yenixeber.org:  Neftçala Rayon Polis Şöbəsi DYP əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü - Masallı rayonunun Xırmandalı kənd sakini, 39 yaşlı Məmiyev Bahəddin Ağəddin oğlu və onun idarə etdiyi 10 SA 596 dövlət nömrə nişanlı "Mercedes-180" markalı minik maşını müəyyən olunub və mayın 19-da Neftçala Rayon Polis Şöbəsinə gətirilərək istintaqa təqdim olunub.
Hadisə nəticəsində Nuray Məmmədova ağır xəsarət alıb - çanaq sümüyü sınıb. Hadisə 11-ci sinif şagirdi olduğu üçün ali məktəbə hazırlaşan Nuray repetitor yanından qayıdarkən onu evə aparmaq üçün arxasınca gəlmiş babası Bayram Əliyevin maşınına oturmaq üçün yolu keçmək istyərəkən baş verib.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırmalar aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam