Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda polis qardaşını televizora baxmaq üstündə öldürən cüdoçu psixiatriya xəstəxanasına göndərilib

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Yenixeber.org:Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Tural Süleymanov vəsatət verib.
O, müvəkkili Ə.Əliyev barəsində kompleks-məhkəmə stasionar psixiatrik və psixoloji ekspertizanın keçirilməsini istəyib.
Vəsatət təmin edilib. Ə.Əliyev 1 saylı Psixiatriya Xəstəxanasına göndərilib.
Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib. Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.
1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə kunq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.
Hadisənin ilkin təfərrüatına görə, qardaşlar televizora baxmağa görə əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Ə.Əliyev mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endib.
Ə.Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam