Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

23 yaşlı gəlin itkin düşüb -Ata evinə getmək adı ilə çıxmışdı

 
Oğuz rayon sakini itkin düşüb
Yenixeber.org: 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızı mayın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun qardaşı Sahib Nəbiyev "Report"a bildirib ki, L. Nəbili 6 il əvvəl ailə quraraq rayonun Calut kəndinə köçüb. Qadın evdən sonuncu dəfə ata evinə getmək adı ilə çıxıb və onu qayınatası yola salıb. Lakin o, Aşağı Küngüt kəndinə deyil, birbaşa Şəki şəhərinə gedib. L.Nəbili Şəkidə tanıdığı bir qadına xəstə olduğu üçün evə qayıtmaq istəmədiyini bildirib. Bundan sonra naməlum istiqamətə gedib. Tanışları onu sonuncu dəfə Şəki bazarında görüblər.
S.Nəbiyevin sözlərinə görə, bacısı nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Kəskin ağrılarla müşahidə olunan xəstəlik nəticəsində Lalədə əsəb pozğunluğu da qeydə alınıb.
Qeyd edək ki, L. Nəbilinin 4 yaşlı qız övladı var. Onu görənlərdən və ya yerini bilənlərdən bu telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: +994-55-474-64-09

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam