Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Polis əməkdaşları niyə həbs edilib?

 

   

                         Azərbaycanda görünməmiş hadisə        

                   Evinə polislər gələn gənc qadın özünü binadan atıb

       "Xeberinfo.com": Bu günlərdə Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis Şöbəsinin iki əməkdaşı həbs edilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nizami RPŞ post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Nəbiyev Sakin Yaşar oğlu və digər polis serjantı, 1991-ci il təvəllüdlü Kazımov Tural Rasim oğlu barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

       Hər iki polis əməkdaşı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi ilə bağlı həbs edilib.

Bildirilir ki, hər iki polis əməkdaşı bir neçə gün əvvəl Nizami RPŞ-nin əməkdaşı olduqları halda Gəncə şəhərinin Kəpəz rayonunda A.S adlı qadının evinə gəliblər. Burada həmin qadınla polislər arasında hələlik tam dəqiqləşməmiş səbəblərdən münaqişə yaranıb və həmin qadın bu zaman özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. A.S ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam