Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda iki ərəb turistin ölümünə səbəb olan taksi sürücüsünəHÖKM OXUNDU

Bakıda iki ərəb turistin ölümünə səbəb olan taksi sürücüsünə

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

 

Yenixeber.org: Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Fəhmin Hümbətov çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyərək, E. Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə vəkil müdafiə nitqi ilə çıxış edib və E. Məmmədov son söz deyib.

Sonra hökm oxunub. Hökmə əsasən, E. Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin noyabrında Qaradağ rayonu ərazisində baş verib. Belə ki, Abıyev Rasim Şöhrət oğlunun idarə etdiyi "Mercedes Benc C180" markalı avtomobillə hərəkətdə olarkən Elçin Məmmədovun idarə etdiyi "Nissan Sunny" markalı avtomobillə toqquşub. Nəticədə "Nissan Sunny" markalı avtomobildə olan sərnişinlər, ərəb turistlər - Suhail Saeed Rashed Saeed Almeqbal və Lamees Ziad Mahmoud Jbarah aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi açılıb və hadisədə təqsirli bilinən E. Məmmədov həbs edilib.

E. Məmmədovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi məlum olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam