Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakıda avtomobil qaçıran şəxslər saxlanılıb

 

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

 

Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 2-nə keçən gecə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qəsəbə sakini Zakir Qurbanova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Ruslan Xalıqov saxlanılıb.

Bundan başqa, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 1-nə keçən gecə Xətai rayonu ərazisindən Bakı şəhər sakini Rafiq Həsənova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Bağırov avtomobillə Hövsan qəsəbəsi ərazisində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam