Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"İnstagram"da 212 min izləyicisi olan səhifənin sahibi tutuldu

"İnstagram"da 212 min izləyicisi olan səhifənin sahibi tutuldu

 

Sosial şəbəkələrdə tanış olduğu insanları dələduzluq yolu aldadan şəxsin saxlanılması istiqamətində polislər tərəfindən əməliyyat tədbiri həyata keçirilib

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev "İnstagram" sosial şəbəkəsində onun videolarını paylaşan "Dublaj.Vine.Baku" adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

Xatırladaq ki, Ramin İsmayılovın idarə etdiyi səhifənin 212 min izləyicisi var idi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam