Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Paytaxt sakinindən 2 kiloqramdan artıq heroin götürülüb

Paytaxt sakinindən 2 kiloqramdan artıq heroin götürülüb

 

Ümumi çəkisi 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Babaşovdan çəkisi 2 kiloqram 20 qram olan heroin aşkar edilib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Tala kənd sakini Tural Yunusov 16,7 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib və narkotiki ona satmış həmkəndlisi Samir Atayev saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 337,3 qram marixuana aşkar edilərək götürülüb.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hacıyevdən isə 380 qram marixuana aşkar edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam