Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Sumqayıtda "JEK"də işləyən qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə iclası başlayıb

 

Yenixeber.org: Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə mərhum qadının həyat yoldaşı Paşa Qənbərov da iştirak edib.

Məhkəmənin növbəti icası martın 30-na təyin edilib.

Qeyd edək ki, 2017-ci il noyabrın 9-da Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunub.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətlə yetirilən N.Həsənova Sumqayıtda Mənzil İstismar Sahəsində (JEK) işləyirmiş. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam