Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda qaynını öldürmək istəyən şəxs Ali Məhkəməyə müraciət edib

 

Bakıda qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib

 

Yenixeber.org:  Ali Məhkəməyə müraciət edən M.Fəsadov barəsində yüngül cəza təyin edilməsini istəyib.

Ali Məhkəmədə keçiriləcək iclas martın 6-na təyin edilib. Şikayətə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2016-cı il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn yeznəsi, qəsəbə sakini M.Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, M.Fəsədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, M.Fəsədovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam