Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakıda dəhşət:Oğul anasını döyə-döyə öldürdü - VİDEO

Bakıda dəhşət:

 

 

Gecə Bakıda ağır cinayət hadisəsi baş verib. Oğul yaşlı anasını əvvəlcə döyüb, daha sonra isə onu boğaraq amansızlıqla qətlə yetirib. Sumqayıtda isə qonşular arasında olan kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb

 

Yenixeber.org: Anası ilə mübahisə edən oğul onu amansızlıqla qətlə yetirib.

Ağır cinayət gecə saatlarında paytaxtın Qaradağ rayonu Ələt qəsəbəsində baş verib. Elman Əziməmmədov küçəsi ev 12-ünvanında yaşayan 74 yaşlı Zərnişan İslamova yaşadığı evdə oğlu ilə mübahisə edib.

34 yaşlı Cəlil İslamov anasının baş nahiyyəsinə taxta parçası ilə bir neçə dəfə agır zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Cəlil İslamov polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Sumqayıtda isə qonşular arasında baş verən kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb. Məlumata görə hadisə 120 manat borca görə baş verib. Hadisə zamanı İslam Hüseynov, 21 yaşlı Emin Ömər və 18 yaşlı İbrahim Cəfərov xəsarət alıblar.

Bıçaq xəsarəti alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Oğul anasını döyə-döyə öldürdü

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam