Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Aygün Bəylərin qardaşı məhkəmədən yenə vaxt istədi

Aygün Bəylərin qardaşı məhkəmədən yenə vaxt istədi

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib

 

Yenixeber.org: Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən yenidən vaxt istəyiblər. 

Prokuror buna etiraz edib. Bildirib ki, təqsirləndirilən şəxslər məhkəmənin gedişatını uzatmaq niyyətindədir: "Xahiş edirəm ki, gələn dəfə də belə hal yaşansa, son sözdən imtina kimi qiymətləndirəsiz".

Məhkəmə onlara sonuncu dəfə vaxt verib.

Proses martın 9-dək təxirə salınıb.

Xatırladaq ki, ötən məhkəmə proseslərində dövlət ittihamçısı çıxış edərək bildirib ki, cinayət hadisəsi 2013-cü ildə baş verib: "Həmin ildə Cinayət Məcəlləsinin müddəalarında cəza hazırkı müddəalara görə yüngül olduğundan təklif edirəm ki, həmin dövrdəki qanun tətbiq olunsun və cəzalar 15 ilə münasibətdə hesablansın".

Prokuror yenidən həmin şəxslərə cəza istəyib. O, çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı A.Hümmətovun 14 il 9 ay, F.Məmmədzadənin 15 il, R.Əsirovun 15 il, E.Alxazovun 15 il, E.Əsirovun 14 il 9 ay və C.Alxazovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam