Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Keçmiş icra başçısının qızının cinayət işini apellyasiya instansiyasına qaytarılıb

 

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org:  Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 8 fevral 2017-ci il tarixli qərarı bəraətverici əsaslarla ləğv edilib. İşin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. N.Abdullayevanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Salyan rayonunun keçmiş İcra Hakimiyyətinin başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) Protokol şöbəsinin rəisi olub.

O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

 

2015-ci il sentyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. N.Abdullayevanın apellyasiya şikayəti təmin edilməyib. Daha sonra Ali Məhkəməyə müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam