Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Xanəndə qızını bıçaqlayan anaya şərti cəza verilib///Bakıda

Xanəndə qızını bıçaqlayan anaya şərti cəza verilib///

Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org: Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Rüstəmovaya Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib.

İttiham aktına əsasən, A.Rüstəmova ötən ilin yayında Bakıda qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs qətimkan tədbiri seçilməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

A.Rüstəmova məhkəmədə özünü təqsirli bildiyini söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam