Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Soyğunçuluq edən şəxs tutulub -Bakıda

Bakıda soyğunçuluq edən şəxs tutulub - Foto

Yenixeber.org: Paytaxtın Səbail rayonu ərazisində, Səməd Vurğun küçəsində Bakı şəhər sakini olan bir qadının mobil telefonu naməlum şəxs tərəfindən açıq talama, yəni, soyğunçuluq yolu ilə ələ keçirilib. Bu barədə zərərçəkən Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edərək ələ keçirdiyi mobil telefonu 240 manata satdığını bildirib.

Qeyd edilən faktla bağlı 39-cu polis bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam