Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Şahin Sultanova görə daha bir polkovnik tutuldu

 

Məlum olduğu kimi Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən çıxarılmasından sonra silahlı qüvvələrdə aparılan yoxlamalar zamanı bir sıra cinayət tərkibli hallar aşkarlanıb. 

   "Xeberinfo.com": İttiham olunaraq, həbs olunanlar arasında Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovla yanaşı, S. Əbiyevə yaxınlığı ilə tanınan bir sıra yüksək rütbəli zabitlər də var. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar.

Məlumata görə, bir neçə gün əvvəl Bakının Bayıl qəsəbəsi ərazisində yerləşən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” saylı hərbi hissəsinin bazasında fəaliyyət göstərən Gəmi Təmiri Zavodunun direktoru, II dərəcəli kapitan (polkovnik-leytenant) Əsəd Muradxanov da istintaqa cəlb olunub.

Ə. Muradxanovun saxlanılmasının HDQ sabiq komandanı Şahin Sultanovla bağlı olduğu da deyilir. 

AzNews.az xatırladır ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin qurumun sabiq komandanı Şahin Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinərək, saxlanılıb. 

Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov və Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. 

Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb edilib. HDQ-nin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Kazım Əsgərov və HDQ-nin yanacaqdoldurma məntəqəsinin rəisi, baş miçman Kamandar Paşayev də saxlanılıb. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam