Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakı-Quba yolunda maşın aşdı

 

Bakı-Quba yolunda yol qəzası baş verib. Hadisə zamanı iki minik maşını toqquşub ki, onlardan biri sonradan yoldan çıxaraq aşıb.

"Xeberinfo.com": Məlumata görə, yol nəqliyyat hadisəsi Bakı- Quba yolunun 25-ci kilometrliyində üzü Sumqayıt şəhərinə gedən istiqamətdə baş verib. Saray qəsəbədən çıxan “Mersedes” markalı avtomaşın əsas yola daxil olmaq istəyib. Bu zaman həmin nəqliyyat vasitəsi əsas yolla gələn eyni markalı avtomşınla toqquşub. Zərbənin təsirindən avtomaşın yoldan çıxıb və yol kənarındakı dəmir çəpərlərə dəyib.

Qəza zamanı sərnişinlər arasında xəsarət alan olmasa da nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb. Eyni zamanda qəzadan sonra Bakı-Sumqayıt yolunun hadisə baş verən hissəsində nəqliyyatın hərəkətində problem yaranıb. 

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəliblər. Hər iki avtomobil evakuator vasitə ilə hadisə yerindən uzaqlaşdırılıb. Bundan sonra yolda nəqliyyatın hərəkəti əvvəlki vəziyyətinə qayıdıb. 

Hadisənin baş vermə səbəblərinə qəza ilə bağlı başlanan araşdırmalardan sonra aydınlıq gətiriləcək


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam