Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Keçmiş polis əməkdaşı qəzaya düşdü-Zaqatalada

Keçmiş polis əməkdaşı qəzaya düşdü-

 

 

Zaqatalada keçmiş polis əməkdaşını maşın vurub

 

Yenixeber.org: Yanvarın 10-u saat 20:30 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində Balakən rayon sakini Şaban Ramazan oğlu Laçınov idarə etdiyi “Mersedes Vito” markalı 99 XZ 031 dövlət nömrə nişanlı kiçiktutumlu mikroavtobusla yolu keçmək istəyən piyada, Zaqatala rayonu Çobankol kənd sakini, 1969-cu il təvəllüdlü Kamal Fazil oğlu Abdilovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan verilən məlumata görə, Kamal Abdilovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Kamal Abdilov 2016-cı ilin sonuna kimi Zaqatala rayon Polis Şöbəsində polis nəfəri kimi çalışıb, hazırda təqaüddədir.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam