Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Zaqatalada ana, övladı və qardaşı övladının zəhərlənmədən öldüyü ehtimal edilir

 

Zaqatalada bu gün ana, övladı və qardaşı övladının dəm qazı və ya qida zəhərlənməsindən öldüyü ehtimal edilir

 

 

Yenixeber.org: Zaqatala rayon prokurorluğundan daxil olan məlumatda bildirilir ki, dekabrın 31-də saat 14 radələrində Zaqatala şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, mənzil 14-də 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızının meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Həmin məlumat əsasında rayon prokurorluğu, rayon Polis Şöbəsi və "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirilib. 

 

İlkin araşdırma zamanı müəyyən edilib ki, meyitlərin aşkar olunduğu mənzil bir otaq,  mətbəx və bir hamam otağından ibarətdir və mənzil kustar üsulla çuqun materialdan hazırlanmaqla rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırılır. 

 

Meyitlər məhkəmə-tibb ekspertizasından keçirilərkən dəm qazı və qida zəhərlənməsi ehtimalı nəzərə alınmaqla nümünələr götürülüb.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda iş üzrə ölümün dəm qazından və qida zəhərlənməsindən baş verməsi fərziyyələri ətrafında zəruri istintaq-əməliyyst tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam