Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Kəpəz”in yeni məşqçisi məlum oldu

“Kəpəz”in yeni məşqçisi məlum oldu

 

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib

 

Yenixeber.org: Klubun saytının yaydığı xəbərdə bildirilir ki, Müşahidə Şurasının (MŞ) qərarına əsasən, komanda Yunis Hüseynova həvalə olunub.

MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Beləliklə, Y.Hüseynov “Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi vəzifəsində əvəz edib.

Gəncə futbol məktəbinin yetirməsi olan Yunis Hüseynov karyerasına “Kəpəz”də başlayıb. O, Nizami yurdunun təmsilçisi ilə yanaşı, “Neftçi” və “ANS Pivani”də də çıxış edib, İranda legioner həyatı yaşayıb. Milli komandanın şərəfini qorumuş Hüseynov futbolçu kimi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. İki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib, ən yaxşı idmançı kimi “Humay” milli mükafatına layiq görülüb. Oyunçu karyerasını “Kəpəz”də başa vuran sabiq yarımmüdafiəçi məşqçilik fəaliyyətinə “Karvan”da (Yevlax) başlayıb. Daha sonra “Standart” (Bakı) və “Xəzər Lənkəran” (Lənkəran) kimi klublarda baş məşqçi işləyib. Yunis Hüseynov Yevlax klubu ilə Azərbaycan çempionatının bürünc və gümüş medallarını qazanıb.

Lənkəran təmsilçisi isə onun rəhbərliyi altında ölkə çempionatında 2-ci yeri tutub. Hər iki komanda 52 yaşlı mütəxəssisin başçılığı ilə qitə miqyaslı turnirlərdə təmsil olunub və mərhələ adlayıb. Yeri gəlmişkən, “Karvan” UEFA Kuboku turnirində mərhələ adlayan ilk Azərbaycan klubu olaraq adını futbolumuzun tarixinə yazıb. “Xəzər Lənkəran” isə ilk dəfə məhz Yunis Hüseynov ilə Avropa yarışında mərhələ keçib.

Qeyd edək ki, sabah Yunis Hüseynov komanda üzvlərinə təqdim olunacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam