Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Zavoddan silah-sursat tapıldı

 

 

Aşkarlanmış silah və sürsatlar polisə təhvil verilib

 

"Xeberinfo.com": Son günlərdə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun tullantıların qəbul sahəsinə aparılan mütəmadi baxış zamanı müxtəlif silah və sürsatlar aşkarlanıb və ümumi tullantı kütləsindən xaric edilib. 
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 86 ədəd 7,62 mm ps patronu, 32 ədəd 5,45 mm ps avtomat patronu, 11 ədəd ov tüfəngi patronu, 2 ədəd avtomat darağı, 2 ədəd süngü bıçaq və 1 ədəd fişəng “Təmiz Şəhər” ASC-nın məsul şəxsləri tərəfindən təhvil-təslim aktı əsasında 12-ci polis bölməsinə təhvil verilib.
Ümumiyyətlə, “Təmiz Şəhər” ASC-yə təhvil verilən məişət tullantıları emal və zərərsizləşdirməyə yönləndirilməzdən əvvəl tullantı kütləsinə baxış keçirilir və tərkibində mümkün ola bilən təhlükəli, radioaktiv, iri həcmli tullantılar, həmçinin Səhmdar Cəmiyyətin istifadə etdiyi avadanlıqlara zərər verə biləcək materiallar tullantılardan ayrılır. 
Bu baxışlar zamanı həmçinin, hərbi silah və sürsatlar da aşkar edilərək hüquq mühafizə orqanlarına təhvil verilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam