Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Polis özünü Kürə atmaq istəyən gənc qızı xilas edib

Polis özünü Kürə atmaq istəyən gənc qızı xilas edib

 

Şirvan şəhərində mühafizə polisinin əməkdaşları intihara cəhdin qarşısını alıblar

 

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 20-də saat 14.00 radələrində magistral yolun Şirvan şəhəri ərazisindən keçən hissəsindəki körpüdə xidmətdə olan Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları - polis serjantları Rəşad Əliyev və Həmid Əhmədov oradan keçənlərin arasında səssiz dayanaraq Kür çayına baxan qızın hərəkətləri şübhə doğurduğundan onu diqqətlə izləməyə başlayıblar. 

Həmin qızın qəflətən məhəccərin digər tərəfinə keçdiyini görən əməkdaşlar dərhal ona yaxınlaşıblar. Qız özünü çaya atmaq istəyib. Fikrini yayındırmaq üçün polis əməkdaşları gənc xanımı söhbətə tutublar və ani hərəkətlə onu tutaraq təhlükəsiz əraziyə çıxarıblar.  

Şirvan Şəhər Polis Şöbəsinə təhvil verilən qızın Sabirabad rayonunun Qarağac kənd sakini olduğu məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam