Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Üç “SHACMAN” toqquşdu

 

     Qəzaya “SHACMAN”ların ötüşməsi səbəb olub
Bakı-Şamaxı yolunda 4 maşının iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.
 
 "Xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, hadisə bu gün saat 15:00 radələrində yolun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Salayev Ramil Camal oğlunun idarə etdiyi, özəl tikinti şirkətinə məxsus 90-NZ-480 dövlət nömrə nişanlı, “SHACMAN” markalı yük maşını ilə şirkətin digər yük maşını - Sumqayıt sakini, 1987-ci il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi 90-NZ-481 dövlət nömrə nişanlı, “SHACMAN” markalı maşınla ötüşərkən qarşı tərəfdən gələn digər bir yük avtomobilinin, Hacıqabul sakini 1984-cü il təvəllüdlü Cəbrayılov Misirxan Ağarza oğlunun idarə etdiyi 99-DT-878 dövlət nömrə nişanlı, “SHACMAN” markalı maşının yoluna çıxaraq onunla toqquşub. Sonra “SHACMAN” markalı maşınlardan biri yol ilə hərəkət edən 90-CV-982 dövlət nömrə nişanlı, “Honda CRV” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində avtomobillərin 4-ü də əzilib. Hadisəni törədən “SHACMAN” markalı maşının sürücüsü Ramil Salayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Honda CRV” markalı avtomobilin sürücüsü - 1963-cü il təvəllüdlü Tərtər rayon sakini İbrahimov Asif Yusif oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam