Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda böyük yanğın

 

Siyəzəndə yanğın meşə fondunun 5 hektar sahəsinə ziyan dəyib. 

  "Xeberinfo.com": Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə,  Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərindən birində yanğın hadisəsi baş verib. Küləkli hava şərati yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirib.

Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin qurumlarının əməkdaşları, həmçinin yerli icra strukturlarının nümayəndələri birlikdə yanğını söndürməyə çalışırlar.

Yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam