Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ və Rusiya Bakıda toqquşacaq

 

   

    ABŞ-ın anti-Rusiya layihəsinə qarşı Putin yeni plan hazırlayıb

    "Xeberinfo.com": Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfər edəcək. Məlumata görə, S. Narışkin ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyasında iştirak etmək üçün Bakıya gələcək. Duma sədrinin səfərinin 28 iyun tarixində baş tutacağı bildirilir. Narışkin Bakıda keçiriləcək iclas zamanı Ukraynadakı hazırkı vəziyyətlə bağlı beynəlxalq konfrasın təşkil edilməsi barəsində təklif irəli sürəcək.

Qeyd edək ki, ABŞ senatoru Benjamin Kardinin Rusiyanın Ukraynaya qarşı siyasətini ittiham edən qətnamə layihəsi müzakirə olunmaq üçün ATƏT-in illik toplantısının gündəliyinə daxil edilib. Kardin bu qətnamədə Rusiyanı Ukraynanın Cənub-şərqini özünə birləşdirmək cəhdində ittiham edib. Yəni, Bakıda keçiriləcək tədbir anti-Rusiya xarakteri daşıyır və üzv ölkələr bu qətnaməyə münasibət bildirəcəklər.

   Rəsmi Moskva isə bu sənədə artıq etirazını bildirib. Dumanın sədri Narışkin isə bununla bağlı ATƏT ölkələri ilə danışıqlar aparıldığını söyləyib.

   Azərbaycan hakimiyyəti də bu tədbirdən narahatdır və Bakıda Rusiya əleyhinə keçiriləcək tədbiri neytralaşdırmağa çalışır. Təcrübə göstərir ki, hakimiyyət belə məqamlarda anti-Qərb kampaniyası aparır və Rusiya-Qərb savaşında özünü sığortalamaq istəyir.

   Təbii ki, Rusiya da məlum qətnamənin müzakirəyə çıxarılmamasında və qəbul edilməməsində maraqlıdır.

    Narışkinin tədbirdə iştirak etmək üçün Bakıya gəlməsi və Ukraynadakı vəziyyətlə bağlı təkliflə çıxış edəcəyi də yaranmış vəziyyəti Rusiyanın xeyrinə dəyişmək cəhdidir.

Yəqin ki, Bakı səfərində Narışkin Azərbaycan hakimiyyətinə Rusiyanın tələbini çatdıracaq və hansısa təkliflərlə gözlənilən qətnamənin qəbulunu yubatmaq istəyəcək.

Ekspertlər hesab edir ki, Rusiya daha böyük sanksiyalardan yayınmaq üçün Ukrayna ilə bağlı müzakirələri genişləndirmək istəyir və bu müstəvidə hansısa addımları ata biləcəyinin mesajını verir. Digər tərəfdən Rusiya istəyir ki, Ukrayna məsələsində söz sahibi olaraq qalsın və bu məsələ Ukraynanın daxili işi olmaqdan çıxsın.

Ötən yazımızda qeyd etmişdik ki, Azərbaycan hakimiyyəti tədbirdə ermənilərə qarşı sanksiyanın tətbiq edilməsini tələb edəcək və bununla bağlı qətnamə layihəsini müzakirəyə çıxaracaq. Əgər bu qətnamə qəbul olunmasa, hakimiyyət Qərbi ittiham edəcək və ikili standartlarda günahlandıracaq.

Görünür, Rusiya bu addımın effektli olacağından çox da əmin olmadığı üçün, öz təklifini də hazırlayıb.

İstənilən halda vəziyyət onu göstərir ki, ATƏT-in Bakı tədbirində Rusiya-ABŞ toqquşması olacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam