Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Azadlıq“ qəzetinin əməkdaşı həbs olundu

 

 

     Bu dəqiqələrdə Gəncə şəhəri Nizami rayonu Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəməsində "Azadlıq" qəzetinin müxbiri Ərşad İbrahimov haqqında həbs-qətiimkan tədbiri seçilib.

 

    "Xeberinfo.com": Bu barədə Avropa.info ya Ərşad İbrahimovun qardaşı xəbər verib. Onun dediyinə görə, Ərşad İbrahimov Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri, hazırda haqqında Baş  Prokurorluğun  Korrupsiya  İdarəsində korrupsiya faktları ilə bağlı cinayət işi açılmış Məhəmməd Bağırovun vəsatəti əsasında həbs edilib.
    Qeyd edək ki, bölgələrdəki korrupsiya ilə bağlı yazıları ilə tanınan  Ərşad  İbrahimov  Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş  müdiri  Məhəmməd Bağırov tərəfindən bir müddət öncə məhkəməyə verilmişdi. Onun məhkəməyə müraciət etməsinə səbəb Ərşad İbrahimovun onun rəhbərlik etdiyi dövlət idarəsindəki korrupsuya faktları ilə bağlı yazdığı yazılar olmuşdu. Məhz  bu  yazılardan sonra Baş  Prokurorluq yanında  Korrupsuya  İdarəsi  Məhəmməd Bağırovun rəhbərlik etdiyi  dövlət  müəssəsində  araşdırma aparmış və korrupsiya faktları öz təsdiqini tapmışdı. Bununla bağlı Baş Prokurorluğun bəyanatı  da yaymışdı. Lakin bu gün jurnalist Ərşad İbrahimov Məhəmməd Bağırovun vəsadəti əsasında həbs olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam