Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Toyundan sonra həbs edildi

 

Sabirabad rayonunda toyu olan gənc həbs edilib. 

   "Xeberinfo.com": Sabirabad rayonunun Əsədli kənd sakini, 21 yaşlı N. V. toyundan bir neçə gün sonra həbs edilib.    

Məlumata görə, onun həbs edilməsinə səbəb yetkinlik yaşına çatmayan qızla ailə qurması olub. Bu günlərdə toyu olan 21 yaşlı gəncin barəsində Sabirabad rayon Polis Şöbəsinə məlumat verilib. Verilən məlumat əsasında polis əməkdaşları Əsədli kəndinə gəlib.  

 Araşdırmalar zamanı 21 yaşlı gəncin yetkinlik yaşına çatmayan qızla ailə qurması müəyyən olunub. Buna görə də 21 yaşlı oğlan və onun atası həbs edilib.    

Sabirabad rayon Polis Şöbəsindən  faktı təsdiqləyiblər. Polis şöbəsindən məlum hadisə ilə bağlı ətraflı məlumat vermək istəməyiblər.    

 Məlumata görə, yetkinlik yaşına çatmayan qızla ailə həyatı quran 21 yaşlı oğlanın barəsində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. Həbs olunan gəncin atası isə sərbəst buraxılıb.   

Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam