Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Afrikanın 4 ölkəsində 20 milyon insanı aclıq gözləyir" -BMT baş katibinin müavini

Afrikanın dörd ölkəsində – Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda BMT-nin yarandığı 1945-ci ildən bəri ən böyük humanitar böhran yaşanır. Həmin ölkələrin 20 milyondan çox sakini aclıq təhlükəsi ilə üz-üzədir.

Yenixeber.org:  Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən qurumun baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O’Brayen məlumat verib.

 TASS informasiya agentliyinə istinadən xəbərə görə, Stiven O’Brayenin sözlərinə görə, beynəlxalq ictimaiyyət vəziyyəti nəzərə almasa, adı çəkilən ölkələrin ərazisindən bütün dünyaya yeni qaçqın dalğası başlayacaq və bu, bütöv regionlarda daha çox qeyri-sabitlik yaradacaq.

“BMT-nin Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda humanitar əməliyyatların keçirilməsi ilə bağlı planı və əhaliyə kömək göstərmək üçün yüksək ixtisaslı əməkdaşları var”, – deyə o əlavə edib. O’Brayen bu planın yaxın 5 ayda reallaşması üçün 4,4 milyard dollar tələb olunduğunu vurğulayıb.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini həmin ərazilərdə baş verən döyüş əməliyyatlarının və münaqişə tərəflərinin humanitar təşkilatlarla əməkdaşlıqdan imtina etməsinin əhaliyə yadım göstərilməsini çətinləşdirdiyini bildirib. O’Brayen deyib ki, Təhlükəsizlik Şurası tərəflərin toqquşmaları dayandırmağa məcbur edilməsi üçün tədbirlər görməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam