Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Millətçi Le Penə pul cəzası:30 min avro

Paris Məhkəməsi ifrat sağçı Milli Cəbhənin fəxri sədri Jean-Marie Le Penə 30 min avro təzminat cəzası kəsib.

Yenixeber.org:  Le Pen faşizm dövründə qaz otaqlarında edilən qətliamlar üçün “tarixin detalı” fikrini təkrarlaması səbəbindən bu cəzaya məhkum edilib.

Məhkəmədən yayılan yazılı açıqlamada, Paris Cəza Məhkəməsinin Le Penin “insanlıq günahını inkardan” məhkum edildii haqqında qərar verildiyi bildirilib. Açıqlamada Le Penin iddiaya əsasən üç dərnəyə ümumi 10 min avro ödəməyə də razılaşdırıldığı deyilir.

Fransız jurnalist Jean-Jacques Bourdin 2 aprel 2015-ci ildəki reportajında Le Penə “Daha əvvəl dediyiniz “qaz otaqları tarixin bir detalı” ifadənizdən peşmansınızmı?” sualını vermişdi. Le Pen isə “qətiyyən xeyr, düşündüklərimi söylədim, qaz otaqları müharibə tarixinin bir detalı” cavabını verərək, daha əvvəl məhkumluğuna səbəb olan ifadələri təkrarlamışdı.

Milli Cəbhəni lideri və prezidentliyə namizəd olan Marine Le Pen atasını bu ifadələri səbəbiylə qınamış, partiya tərəfindən alınan qərarla onun fəxri sədr unvanı geri alınmışdı. Ancaq Le Pen partiyaya iddia açaraq qərara etiraz etmiş və məhkəmə fəxri sədr ünvanının geri qaytarılmasına hökm vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam