Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Akif Çovdarovu vəzifədə olan 4-5 gürcüstanlıdan biri kimi tanımışam” –"MTN İŞİ"

Çovdar

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xeberinfo.com:   Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses zərərçəkmiş Zakir Bədəlovun epizodu üzrə davam etdirilib.

Zakir Bədəlov qohumu Zakir Mustafayevdən faizə 100 min dollar pul alıb. O, istintaqa deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb. Onun sözlərinə görə, qohumu, Gürcüstan vətəndaşı Zakir Mustafayev onu MTN vasitəsi ilə hədələyərək əlavə 150 min, daha sonra isə 200 min tələb edib: “Qohumum Zakir Mustafayev evimin birinci mərtəbəsində kafe açmağı təklif etdi. Mənə borc pul verdi. 2006-cı ildə 60 min, bir neçə ay sonra 30 min dollar verdi. İşləri tamamlaya bilmədiyim üçün əlavə 10 min dollar da verdi. Zakir Mustafayev pulları ayına 5% olmaqla qaytarmamı istədi. Mən də razılaşdım. Zakir Mustafayev dedi ki, Bakıxanov qəsəbəsindəki evini tikəndə ona 150 min dollar verərəm. Zakir Mustafayev ona verəcəyim pulu dayısı oğlu Abdul Həbibova verməyimi istədi. 125 min dollar Abdul Həbibova verdim. Sonra o zəng edərək yenidən məndən 150 min tələb etdi. Vermədikdə Zakir Mustafayev məni silahla hədələdi. Mən bankdan kredit götürüb, o pulu da verdim. Sonra məni MTN-dən Səlim Məmmədov çağırdı. Qonşum Tofiq Əliyev dedi ki, Səlim Məmmədovun yanına gedim. Mənə deyildi ki, Zakir Mustafayevə 200 min borcum var. Onu ödəməsəm ölkədən deportasiya ediləcəm. Şəxsiyyət vəsiqəmi əlimdən aldılar. Akif Çovdarov da mənim qohumumdur. Mən prrzidentə müraciət etdikdən sonra yenidən şəxsiyyət vəsiqəsi aldım”.

Məhkəmədə Zakir Mustafayev şahid qismində ifadə verib. O, Bədəlovun dediklərinin yalan olduğunu və qohumundan MTN-ə şikayət etmədiyini deyib: “Mən Akif Çovdarovla görüşməmişəm. Akif müəllimi vəzifədə olan 4-5 gürcüstanlıdan biri kimi tanımışam. Pulumu qaytarmadığı üçün Bədəlovdan MTN-ə şikayət etməmişəm”.

Şahid Mustafayev onu da qeyd edib ki, həmyerlisi olan Bədəlovun ona ümumilikdə 500 min dollar borcu olub. Mustafayev məhkəmədə söyləyib ki, həmin pulun 275 min dollarını ala bilib. Qohumlar arasında pul mübahisəsi hələ də davam edir. Mustafayev pul məsələsinə görə qohumuna silahla hədə-qorxu gəlməsi haqda deyilənlərin də doğru olmadığını söyləyib.

Akif Çovdarov da məhkəmədə Zakir Mustafayevi tanımadığını və görüşmədiyini deyib. Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam