Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Oğlu atasını 20 bıçaq zərbəsi ilə öldürdü -Bakıda dəhşətli qətl

Bakıda qətl hadisəsi baş verib.

Xeberinfo.com:   Trend-in məlumatına görə, hadisə yanvarın 4-də gecə saat 23 radələrində paytaxtın Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə içki üstündə mübahisə edib. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Oğul atasını 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib.

Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Dekabrın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. Buna görə də L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

Hadisəni törədən L.Novruzov saxlanılıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam