Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İşıqsız qalan sakinlər aksiya keçirdi -Xırdalanda

calilabad-aksiya

 

Bu gün Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 2, “Rahat” MTK-nın tikdiyi 12 mərtəbəli binanın sakinləri sosial problemlərilə bağlı aksiya keçiriblər.

Xeberinfo.com:   Bu haqda AzadlıqRadiosuna bina sakinləri məlumat verib.

Sakinlər deyib ki, dekabrın 23-ü səhər saat 9-dan binaya elektik verilməsi dayandırılıb:

“Bina qazlaşdırılmadığı üçün bu soyuq havalarda nə çəkdiyimizi bir biz bilirik. Rayon elektirk idarəsi binanın 17 min manat borcu olduğunu və elektriki buna görə kəsdiyini bildirir. Bizdən isə işıq pulunu MTK rəhbərliyi yığır. İndi MTK rəhbərləri ortada yoxdur. Biz deyirik ki, pulu MTK rəhbərliyinə yığıb veririk, MTK da öz növbəsində idarəyə sakinlərin pul vermədiklərini deyir. İndi biz elektrik sayğaclarının rayon işıq idarəsinin sərəncamına keçirilməsini istəyirik”.

Bina sakinlər borca görə hər ay 2-3gün işıqsız qaldıqlarını deyirlər. Binada 200-dən çox adam yaşayır. Əhali 7 ildən çox burda məskunlaşsa da binaya hələ qaz çəkilməyib.

“Rahat” MTK-nın rəhbərliyi əlaqə saxlamaq mümkün olmayıb.

Sözügedən binada 200-dən çox adam yaşayır. Əhali 7 ildən çox burda məskunlaşsa da binaya hələ qaz çəkilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam