Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

""MTN işi"nə görə 500 nəfər işdən çıxarılıb" -DTX rəisi

“Digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var”.

 

Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bu məsələləri həll edirlər:

“Qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirilib. Azərbaycan özünü teror təhlükəsindən qorumaq üçün bütün zəruri addımları atır. Azərbaycanın xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları birgə əməkdaşlıq çərçivəsində işləyir. Burada əsas məsələ isə dövlət rəhbərliyinin apardığı siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Xalqımız qədirbilən xalqdır, ölkə başçısının apardığı siyasəti dəstəkləyir. Biz bunu bu il sentyabrın 26-da ölkədə keçirilən refendum zamanı da gördük”, - deyə, DTX rəisi vurğulayıb.

O, əlavə edib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar son 1 ildə 500 nəfərdən artıq əməkdaş xidmətdən xaric olunub.

“Xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb. Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam