Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Xəzər dənizində əməliyyat -1400-dən çox sərhəd pozucusu saxlanıldı

 

Xəzər dənizində əməliyyat

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri Azərbaycan və Qazaxıstandan olan həmkarlarının dəstəyi ilə keçirdikləri əməliyyat nəticəsində Xəzər dənizi hövzəsində 1400-dən çox sərhəd pozucusu saxlanılıb.

Xeberinfo.com:   Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

"Həyata keçirilmiş tədbirlər nəticəsində 1400-dən çox sərhəd pozucusu, 170-dən çox kiçik həcmli gəmi saxlanılıb, 625 min 152 metr tor götürülüb. 15 tondan çox bioloji resursların qanunsuz dövriyyəsinin qarşısı alınıb. Tədbirlər Rusiyanın Xəzər regionunda strateji maraqlarının təmin olunması ilə bağlı fəaliyyət proqramının reallaşdırılması çərçivəsində bu ilin aprelin 15-dən mayın 15-dək və avqustun 30-dan oktyabrın 31-dək keçirilib. Tədbirlərə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti və Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndələri cəlb olunub", - deyə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam