Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Vəkildən deputatın məhkəmə hədəsinə cavab: “Doğrudan da məni tanımayıblar”

 

aslan ismayilov

Tanınmış vəkil Aslan İsmayılov deputat Qüdrət Həsənquliyev tərəfindən məhkəməyə verilməsinə münasibət bildirib.

Xeberinfo.com:   Aslan İsmayılov bu barədə “Facebook” səhifəsində yazıb:”Təyinatlı deputat Qüdrət Həsənquliyevin özünə bənzərləri sosial şəbəkələrdə “Aslan İsmayılov məhkəməyə verilib” ifadələri ilə mənə xox gəlirlər. Deyəsən doğrudan da hələ məni tanımayıblar. Təxminən bir ay bundan əvvəl tanınmış alim, iş adamı İlham Rəhimov haqqında təhqir yazdığına görə Qüdrət Həsənquliyevə layiq olduğu cavabı vermişdim. Məqsədim İlham Rəhimovu müdafiə etmək deyil, onun kimi Azərbaycandan kənarda yaşayan, ən azından Vətənin talanmasında iştirak etməyən, bacardıqları qədər Vətənə xidmət etmək istəyən tanınmış azərbaycanlılara qarşı qüdrət həsənquliyevlərin elan olunmamış müharibələrinə qarşı çıxmaq olub. Bu günə qədər bir çox xaricdə tanınmış, imkanlı azərbaycanlılara qarşı qərəzli yazılar, təhqirlər olub. Bu da ona gətirib ki, həmin şəxslər Azərbaycandan diksinib buraya investisiya qoymaqdan çəkiniblər. Bu azmış kimi həmin şəxslər Azərbaycanla bağlı hansısa fikir bildirən kimi onları çirkab atəşinə tutublar, “sən kimsən fikir bildirirsən” kimi yazılarla özlərini elə aparıblar ki, sanki Azərbaycan bunların dədə mülküdür və yalnız onlar fikir bildirmək haqqına malikdirlər”.

Aslan İsmayılov daha sonra bildirib ki, Qüdrət Həsənquliyevin tərəfdarları onu təhqir etsələr də, onların səviyyəsinə enmək istəmir: “Qüdrət Həsənquliyevin əqidədaşları məni əxlaqsız ifadələr, küçə söyüşləri ilə təhqir etdilər, ağır böhtanlar atdılar. Zənn etdilər ki, mən də onlara uyğun ifadələrlə cavab verəcəm, yaxud bir ikisinin ağzını cıracam. Birincini mən bacara bilməzdim, çünki o əxlaq sahibi deyiləm və o ifadələr mənim ağzımdan çıxa bilməzdi, o ifadələri ancaq o cür tərbiyə görmüşlər işlədə bilər. Bəli, ikinci addımı ata bilərdim və onlar ancaq o yolu başa düşərlər. Ancaq ona da ağlım çatdı ki, bəzi murdarlara əlimi bulaşdırmaqla həbsimə bəhanə verməyim. Mən isə qanun yolunu tutdum, qüdrətsevərlərin hamısını bir bir şərəf və ləyaqətimi təhqir etdiklərinə görə məhkəməyə verdim. Əlavə olaraq hər birini məni ağır cinayətlərdə ittiham etdiklərinə görə də haqlarında cinayət işləri qaldırılması barədə də müraciət etmişəm. Deyəsən bu xəbərdən canlarına yaman birə düşüb və indi mənə xox gəlirlər. Fəqət 60 yaşını haqlamış Aslan İsmayılovun bu xoxları çox gördüyünü unudublar. Əgər Azərbaycanda zərrəcə qanun varsa bunlar hamısı məsuliyyətə alınacaq. Yoxdursa, onda o qərarları qəbul edənlərin özləri həmin ifadələrə layiqdirlər!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam