Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Daha bir ana öldü - doğuş zamanı

dogus hekimŞamaxı rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbləri açıqlanıb.

Xeberinfo.com:    Hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.
Ərçiman kənd 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib.
Doğuşu qəbul edən mama-ginekoloq Nəzakət Abdulrazaqova APA-ya bildirib ki, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb.
Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb.
Bu, qadının ilk hamiləliyi olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

***
Bu gün Şamaxı rayonunda doğuş zamanı ana ölümü qeydə alınıb. Bu barədə Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Artıq hadisə ilə bağlı Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya gedəcək və ana ölümünün baş vermə səbəblərini araşdıracaq.
Şamaxı rayon Mərkəzi Xəstəxanasından fakt təsdiqlənib. Xəstəxanadan bildirilib ki, adı açıqlanmayan həmin qadının ağciyərində problem varmış .
Faktla bağlı araşdırma aparılır. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam