Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Maşallah Əhmədova görə oğlumu həbs etdilər” – MƏHKƏMƏ

masallahDələduzluqda təqsirli bilinən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə davam edib.

Xeberinfo.com:   Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə şahid Salyan Hüseynov ifadə verib. O, M.Əhmədovun onu aldatdığını bildirib:

“Onu 20 il ildir ki, tanıyıram. Oğlumun banka borcu var idi. Maşallahın yanına gedib, kömək istədim. O da mənə məsələni həll edəcəyini bildirdi. Banka gedib 12 min dollar kredit götürdük. Maşallah mənə pulun onda qalmasını istədi. Oğlum Sərxan da onun yanında qaldı. Sonra Maşallah itdi. Bankdan zəng gəldi ki, krediti ödəmək lazımdır. Maşallah məni aldatdı. Oğlumu kreditə görə həbs etdilər. Maşallah mənə əvvəl 4800 manat, daha sonra 1500 manat verdi. Daş satıb həmin pulları versə də, hazırda onun mənə 3000 manat borcu var”.

M.Əhmədov isə şahidin ifadəsinə etiraz edib: “5 min 83 manat ona pul ödədim. Daşları da onlar satdı”.

Digər şahid Taryel Məmmədov da dindirilib. O bildirib ki, daşlar əvvəl onun çalışdığı sexə yığılıb: “Maşallah, Yusif müəllim, Fəqan və digər bir nəfər sexə gəldilər. Daşlar sexdə yığılmışdı. Daha sonra Fəqan bir maşın daşı apardı. Maşallah da daşları aparanda Yusif müəllimə xəbər elədim. O da dedi ki, bundan xəbərim var. Onlar daşları aparanda Yusif müəllim orada yox idi. Mənə də 200 manat pul verdilər”.

Məhkəmə noyabrın 15-də davam edəcək.

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb. Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam