Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakı metrosunda qatarda yanğın

 

 

   Bu səhər saatlarında Bakı metrosunda fövqəladə hadisə baş verib.

    "xeberinfo.com": Sərnişinlərin  verdiyi məlumata görə, Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkətdə olan qatarlardan birində yanğın baş verib. Hadisə “Koroğlu” stansiyasında qeydə alınıb. Sərnişinlər təxliyə olunub. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

“Bakı Metopoliteni”nin mətbuat xidmətindən isə  bildirilib ki, bu gün saat 08.09-da 38 saylı marşrutla hərəkət edən qatar “Koroğlu” stansiyasında platformada olarkən 4-cü vaqonunda tüstülənmə olub.

Sərnişinlər dərhal təxliyə olunub. Xətlər gərginlikdən ayrılıb. Qatara baxış keçirilib, tüstülənmənin qarşısı alınıb. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulub, qatarların hərəkəti dayandırılıb.

Daha sonra qatar baxış üçün depoya göndərilib. 08.30-da bütün qatarların hərəkəti bərpa olunub.

Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam