Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"MTN işi" Abutalıbova çatdı: 4 milyon rüşvət meri bitirir

MTN işi üzrə proses axır ki Bakı meri Hacıbala Abutalıbova da çatdı

Xeberinfo.com:  Politika.Az-ın xəbərinə görə, yağış fəlakətində görünməyən şəhər meri solaxay bir zərbə aldı. 


Məlum olub ki, “Real” MTK layihənin təsdiqlənməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə 3,7 milyon dollar verilib. Bu, kooperativin rəhbəri olmuş İlham Qasımovun cinayət işində öz əksini tapıb.

İlham Qasımovun adı MTN generallarının cinayət işində zərərçəkmiş kimi keçir. Bu statusla Akif Çovdarovun məhkəməsinə də çağrılıb. Amma özü də dələduzluq, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanaraq, həbs olunub. 

O, inşa etdirdiyi binalarda eyni mənzilin bir neçə nəfərə satılması ilə yanaşı, həm də tikinti biznesində şərik olduğu, Rusiyada yaşayan azərbaycanlı milyonçu Gülağa Tənhanın 19 milyon 500 min dollarını mənimsəməkdə ittiham olunur.

BŞİH-yə milyonlarla rüşvət verilməsi ittihamı İlham Qasımovun bacısı oğlu Sahib Cahangirlinin istintaqdakı ifadəsində yer alıb. Sahib Cahangirli "Real" MTK-nın direktoru olub. Məlum olub ki, o puldan 4 milyona yaxını BŞİH-yə verilib.

Məlumata görə, Abutalıbova 4 milyonluq rüşvət ittihamı onun sonunu gətirə bilər. BŞİH rəhbərinin işdən azad ediləcəyi istisna edilmir. 

Onsuz da Bakı icra hakimi uğrunda mübarizə gedir. Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanov bu posta ən iddialı namizəddir. Abutalıbovun adının MTN və general Çovdarov işində hallanması artıq onun vəzifəsindən kənarlaşdırılmasına əsas ola bilər.

Bakı merinin daha əvvəl də adı Eldar Mahmudovun vəhhabi əməliyyatlarına hallanıb. Mer olu İsrafil Abutalıbovun vəhabiləri himayə etməsi haqda iddialar səslənir. Merin oğluna ölkəni tərk etməyə imkan yaradılıb. 

O, Türkiyəyə üz tutub, bu gün də İstanbulda yaşamaqda və zaman-zaman Bakıya gələrək bizneslərinə və həmtəriqətçilərinə baş çəkir. 

H.Abutalıbovun mövqeyini çap etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam