Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qanunsuz dini ədəbiyyat aşkarlandı - "Sədərək"də

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə “Sədərək” Ticarət Mərkəzində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada monitorinq keçirib.

Xeberinfo.com: Komitənin mətbuat xidmətinə istinadən xəbərə görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Həyata keçirilən reyd zamanı bəzi mağazaların dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı, bəzi mağazalarda satılan dini təyinatlı ədəbiyyat nümunələrinin nəzarət markası ilə markalanmadığı, eləcə də həmin mağazaların ətrafında dini atributların asıldığı aşkar edilib.

Bildirək ki, qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. Hazırda aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam