Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Həkim terroru- daha bir ana öldü

 

                    Azərbaycanda doğuşdan sonra daha bir ana ölümü baş verib. 
 Məlumata görə, hadisə Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb. Mərkəzdən əldə etdiyimiz məlumata görə, Saatlı rayonunun Çolpu kənd sakini, 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı ötən gecə mərkəzdə  qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 38 həftəlik olan uşaq dünyaya gələndən sonra qadında daxili qanaxma başlayıb. Qadın ikinci dəfə əməliyyata götürülüb. Əməliyyatdan sonra özünü yaxşı hiss edən xəstənin halı bu gün səhər saatlarında pisləşib və o, kəskin ağciyər və ürək catışmazlığından dünyasını dəyişib.
 
Həkimlər qanaxmaya səbəb kimi qadında qan xəstəliyinin olmasını göstəriblər. Alidə Rzayevanın 5 yaşında talassemiya xəstəliyi ilə bağlı dalağının çıxarıldığı qeyd olunub.
 
Ölümün səbəbləri ekspertizanın rəyindən sonra açıqlanacaq. Ekspertlərin ilkin rəyinə görə isə xəstə ağ ciyər arteriyasının tromboemboliyası  nəticəsində dünyasının dəyişib.
 
Qeyd edək ki, Alidə Rzayeva bundan əvvəl də qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam