Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

13 saylı “kalon”a xüsusi təyinatlılar yeridilib - 2 MƏHKUM ÖLÜM AYAĞINDA

penitensiar_101011_5

 

Penitensiar Xidmətin 13 saylə Cəzaçəkmə Müəssisəsinə xüsusi təyinatlılar yeridilib.

Xeberinfo.com:   Bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətdəki mənbə məlumat verib. Məlumata görə, 2 gün əvvəl müəssisəyə daxil olan xüsusi təyinatlılar mıəhbuslara qarşı fiziki zorakılığa əl atıblar. Məhbuslarda Füzuli Rayon sakini Elvin Mahmudov və Cəlilabad rayon sakini Emin Əlizadə ağır bədən xəsarətləri alıb. Dəhşətli işgəncəyə məruz qalan hər iki məhkum müəssisədən çıxarılaraq, “Tubzon” (“vərəm zonası” mənası verir – red.) adlandırılan “işgəncə kalonu”na göndəriliblər. Qeyd edək ki, ölkənin bütün müəssisələrində “islah olunmayan” məhkumlar “Tubzona” göndərilir və orada amansız işgəncələrlə üzləşirlər.

Məlumatda qeyd olunur ki, hər iki məhkum oarada ac-susuz saxlanılır, gündə iki dəfə döyülür.

Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqovla əlaqə saxladıq. O, müəssisəyə qoşun yeridilməsini təkzib etsə də adıçəkilən məhkumlarla bağlı bizə məlumat verəcəyini dedi.

Xatırladaq ki, 13 saylı cəzaçəkmə məsissəsində vicdan məhbuslarından Əbdül Əbilov və İlkin Rüstəmzadə saxlanılır.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?