Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dələduzluqla məşğul olan “jurnalistlər” saxlanıldı

bc4f26d94e6245f171b354b6c2bb601f

Şəkidə özlərini jurnalist kimi təqdim edərək dələduzluqla məşğul olan Gəncə sakinləri saxlanılıb.

Xeberinfo.com:   Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, özlərini jurnalist kimi təqdim edən şəxslər Şəki Şəhər-Rayon Polis Şöbəsinə Şəki rayon sakinləri olan və Şəki şəhərində ticarətlə məşğul olan Fərman və Sərxan Rəsulov qardaşlarından şantaj yolu ilə pul alıblar.
Şəki ŞRPŞ-nin əməliyyat-axtarış qrupunun əməkdaşları məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində özlərini jurnalist kimi təqdim edərək, dələduzluq yolu ilə Fərman və Sərxan Rəsulov qardaşlarından pul alan şəxslərin Gəncə şəhər sakinləri 1978-ci il təvəllüdlü Hüseyn Rəfi oğlu Hüseynov və 1977-ci il təvəllüdlü Rəfail Teymurad oğlu Qocayev olduğu müəyyən edilib. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.
Aparılan ilkin istintaq zamanı məlum olub ki, Hüseyn Hüseynov və Rəfail Qocayev özlərini Fərman və Sərxan Rəsulov qardaşlarına jurnalist kimi təqdim edərək şantaj etmə yolu ilə onlardan ümumilikdə 242 manat pul alıblar.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, Hüseyn Hüseynov və Rəfail Qocayevin Şəki rayon ərazisində digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam