Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakıda şübhəli qəza

 

 

Bakının Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

 

 "xeberinfo.com": Məlumata görə, Tural Rəhimovun idarə etdiyi avtomobil Aeroport şossesi istiqamətində hərəkətdə olarkən qəfildən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt "VAZ 2107" qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də, "Lexus"un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Dünyasını dəyişənləri və yaralıları deformasiyaya uğramış avtomobillərdən çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

"VAZ 2107"-nin sürücüsünün yaxınları APA TV-yə bildiriblər ki, Tural Rəhimov yol polisi əməkdaşlarından qaçmağa çalışırmış. Metronun "Koroğlu" stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq, "VAZ 2107"-nin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək, əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma baş verib.

Nizami Rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov isə jurnalistlərə açıqlamasında deyib ki, "VAZ 2107"-nin YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddialar araşdırılır: "Bu barədə hələ dəqiq məlumat yoxdur. Araşdırma gedir. Araşdırmanın yekununda bütün təfərrüatlar məlum olacaq. Təhlükəsizlik kameralarının görüntüləri, şahid ifadələri ilə istintaq hər şeyi aydınlaşdıracaq. İlkin ehtimala görə, "VAZ 2107" markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etməsi nəticəsində qəza baş verib".

3 saylı şəhər Kliniki Xəstəxanasından  bildirilib ki, "VAZ 2107"nin sürücüsü Tural Rəhimovun vəziyyəti ağırdır və dərhal əməliyyat olunub.

Hadisə nəticəsində ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam