Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Saxta MTN-çilərin ələ keçirdiyi 3,4 milyon dolların sahibi gizlədilir

 

 

Bakıda dələduzluq yolu ilə ələ keçirilən 3 milyon 400 min dollar ətrafında yaranan müəmmalı vəziyyət davam edir.
Xeberinfo.com:   Dələduzluq hadisəsi 2015-ci  ilin may ayında baş verib. Paytaxtın Xətai rayonu ərazisindəki mənzildə seyfdən 3,4 milyon dollar pul aparılıb. Bu, oğurluq hadisəsi olmayıb. Çünki pulu həmin adamlara mənzilin sahibinin birgə yaşadığı adam öz əli ilə təqdim edib. Pulu alanlar isə özlərini ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları kimi təqdim ediblər.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. İdarə tərəfindən aparılan araşdırmalar zamanı Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımov saxlanılıb.
Cinayət işinin mahiyyəti ondan ibarətdir ki, adları çəkilən şəxslər bağban işləyən tanışları vasitəsilə Tofiq Zülfüqarov adlı şəxsin evində milyonlarla pul olduğunu öyrəniblər.   Xəzər rayonu, Qala qəsəbəsində T.Zülfüqarovun avtomobilini saxlatdıran şəxslər özlərini MTN əməkdaşları kimi təqdim ediblər. Bu, DİN-in yayadığı rəsmi məlumatda da qeyd edilir.
Adları çəkilən 5 nəfər Zülfüqarova evdəki pulların mənbəyinin araşdırılması məqsədilə MTN tərəfindən əməliyyat-axtarış tədbiri keçirildiyini deyiblər və onu bu yalana inandırıblar. Sonra birlikdə Xətai rayonundakı mənzilə gediblər və Tofiq Zülfüqarov könüllü şəkildə pulu onlara verib. Həmin şəxslər T.Zülfüqarovu ona da inandırıblar ki, onun həbs edilməməsinə kömək edəcəklər. Və hadisədən bir neçə gün sonra Tofiq Zülfüqarovdan ölkəni tərk etməsini istəyiblər. Bununla da həbsdən xilas ola biləcəyini bildiriblər və onu Moskvaya göndəriblər. Bir müddət sonra Tofiq Zülfüqarov məlum olmayan səbəblə ölkəyə qayıdıb və hadisə ilə bağlı DİN-ə müraciət edib.
Haqqında danışdığımız dələduzluq olayı ilə bağlı müəmmalı olan əsas məsələ pulun əsl sahibinin kim olmasıdır. Çünki zərərçəkmiş kimi göstərilən Tofiq Zülfüqarov fərdi sahibkar kimi belə qeydiyyatdan keçməyib. Onun bu vəsaiti haradan əldə etməsi də sual doğuran məqamlardandır.
Bir müddət əvvəl bu mövzuya toxunarkən qeyd etmişdik ki, T.Zülfüqarov vəzifəli şəxslərdən birinin yanında çalışıb. Oğurlanan məbləğ də adı açıqlanmayan şəxsə məxsusdur.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Sonuncu iclasda təqsirləndirilənlərdən Loğman Abdullayevin vəkili vəsatət qaldıraraq məhkəmə prosesinin qapalı keçirilməsini istəyib. Əvvəlki yazılarda qeyd etmişdik ki, ələ keçirilən məbləğin əsl sahibinin kim olmasının məhkəmə prosesinin gedişatında açıqlanacağı gözlənilir. Ancaq vəkil vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib. 
Qeyd edək ki, dələduzluqda təqsirləndirilənlərdən yalnız L.Abdullayev dəmir barmaqlıqlar arxasındadır. Çünki Nərimanov Rayon Məhkəməsində digərləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı qərar qəbul edilib. Onlar dələduzluq yolu ilə əldə etdikləri və aralarında böldükləri məbləğin bir hissəsini geri qaytardıqları üçün ev dustaqlığına buraxılıblar.
Loğman Abdullayev barəsində isə həbsindən sonra onun keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı olması, bu qurumun rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxslərin qanunsuz göstərişlərini yerinə yetirməsi ilə bağlı xəbərlər yayılmışdı. L.Abdullayev mətbuata müraciət edərək yazılanların doğru olmadığını bildirmişdi. O, həbsindən 5 ay sonra başlayan “MTN işi” hadisələrində adının hallanmasının doğru olmadığını söyləmişdi.
Qeyd edək ki, məhkəmə prosesi hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilir.(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam