Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ağcabədidə qandonduran hadisə - Kişi arvadını, qayınanasını və qayınatasını qətlə yetirdi

 

 

Ağcabədidə kişi arvadı, qayınanası və qayınatasını qətlə yetirərək, intihar edib. 
 
Xeberinfo.com:  APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağcabədidə Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və  qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Quliyev Ələsgər Əşrəf oğlunun qayınatasının evində baş verib. Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib.
 
Qətlə yetirilən Səfərov Ənvər, Səfərova Nazilə və  Səfərova Ayfan Ağdam rayonu Mərzili kənd sakinləridir, Ağcabədi rayon ərazisində məskunlasıblar. Quliyev Ələsgər Əşrəf oğlu isə Füzulidə məskunlaşmış Xocavənd sakinidir. 
 
Şahidlərin sözlərinə  görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin, ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək, özünə atəş açaraq intihar edib.   
 
Məlumata görə, hadisəni törədən dörd uşaq atası olan Quliyev Ələsgər Əşrəf oğlu dayısı qızı ilə ailə qurub, belə ki, qətlə yetirilən şəxslər eyni zamanda onun dayısı, dayısının yoldaşı və qızıdır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam