Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İş adamının evinə hücum edildi

 

 

Ukraynada bir müddət öncə oğlu oğurlanmış azərbaycanlı iş adamının Donetskdəki evinə separatçılar hücum edib.
 

Xeberinfo.com:  Məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan iş adamı Malik Pirverdiyevin evinə və obyektlərinə silahlılar tərəfindən hücum edilib.
 

Ukraynadakı mənbənin saytımıza verdiyi məlumata görə, iş adamının Donetskdəki mülkü separatçılar tərəfindən dağıdılıb.
 

Hadisə ilə bağlı əlaqə saxladığımız Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri  də məlumatı təsdiqləyiblər.
 

Azərbaycanın Ukraynadakı Səfirliyinin konsulluq şöbəsindən də məlumatı təsdiq ediblər.
 

Konsulluq şöbəsindən Modern.az-a bildirilib ki, Donetskdə hadisə baş verən yerə səfirliyin əməkdaşı da gedib və olayla bağlı araşdırma aparılır.  
 

Yerli hüquq-mühafizə orqanları tərəfindən də araşdırmalar aparılır.
 

Qeyd edək ki, Ukraynada nüfuzlu iş adamı kimi tanınan Malik Pirvediyev sərvətinə görə dəfələrlə separatçılar tərəfindən hədələndiyi üçün ailəsi ilə birgə bir müddət əvvəl Donetskdən Kiyevə köçüb.
 

Xatırladaq ki, Malik Pirverdiyevin oğlu, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədri Cəlal Pirverdiyev ötən il naməlum şəxslər tərəfindən oğurlanaraq, 10 aya yaxın girov saxlanılıb və sonda 300 min dollar müqabilində azadlığa buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam