Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Eldar Sabiroğlunun oğlu yenidən istintaqa çağırıldı

eldar-sabiroglunun-oglu-ile-bagli-qerar-verildi_1567801ebe2170-xebervar_com

 

Rüşvət almaqda təqsirləndirilərək barəsində ev dustaqlığı tədbiri seçilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov bu gün yenidən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
Xeberinfo.com:  Bu barədə Trend-ə R.Səfərov özü məlumat verib.
O deyib: “Az öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov bu gün saat 17:00-da istintaqa dəvət etdi. Yeddi aydır ki, ibtidai istintaq davam edir”.
Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) – təkrar törədildikdə) cinayət işi başlanmışdı.
Binəqədi rayon məhkəməsinin qərarı ilə isə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan qərar ev dustaqlığı ilə əvəzlənib.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam