Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AzTV-nin əməkdaşının meyiti tapıldı

Dünən axşam saatlarında Bakının Suraxanı rayonunda mənzillərdən birindən meyit tapılıb.

Xeberinfo.com:   Saat 18 radələrində Yeni Günəşli qəsəbəsi AB yaşayış massivi ev 60, mənzil 21 ünvanından 1965-ci il təvəllüdlü Bağırov Zahid Aydın oğlunun meyiti tapılıb.

Bildirilir ki, Z.Bağırovla əlaqə saxlaya bilməyən yaxınları ondan narahat olub və dünən bacısı onun yaşadığı mənzilə gəlib. Qadın evdə qardaşının meyitini aşkarlayıb və dərhal hüquq-mühafizə orqanlarına bu barədə məlumat verib.

İlkin araşdırma nəticəsində Z.Bağırovun qida borusunun yazvasınan əziyyət çəkdiyi və bu xəstəliyin təsiri ilə vəfat etdiyi müəyyən edilib.

Qeyd edək ki, Z.Bağırov Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) operatoru olub və uzun illər imiş ki, telekanalda işləyirmiş.

(lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam