Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

3,4 milyon dollarlıq dələduzluq

b2eb0064-86d9-4c30-ad7a-f606552c284b_292

 

Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Xeberinfo.com:   Bu barədə “Report”a onun vəkili Bəxtiyar Hacıyev məlumat verib.
Vəkilin sözlərinə görə, iş baxılması üçün yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci ildə Bakı şəhər sakini Zülfüqarov Tofiq Nadir oğlu Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək özlərini MTN-in əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Faktla bağlı nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bakı şəhərində yaşayan L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev və T.Qasımovun həmin il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ keçirdikləri öz təsdiqini tapıb.
Daha sonra cinayətkar qrupun üzvləri həmin vətəndaşı metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.
Vətəndaşın müraciəti əsasında qaldırılan cinayət işi rəhbərliyin nəzarətinə götürülüb və keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə dəstə üzvlərindən 6 nəfəri saxlanılıb.
Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T. Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Vəkil B.Hacıyev “Report”a açıqlamasında hüquqlarını müdafiə etdiyi L.Abdullayev barəsində irəli sürülən ittihamların hamısı ilə razılaşmadğını bildirib: “Loğman Abdullayev ona elan olunmuş Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilir, qalan verilən əsasız və qondarma ittihamlar üzrə özünü təqsirli bilmir. Biz Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən verilmiş Cinayət Məcəlləsinin 145.2.4-cü, 170.3-cü, 178.3.1-ci və 310-cu maddələri ilə verilmiş əlavə ittihamların xaric edilməsini istəyirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam